SOCAR Gürcüstana gündəlik 7 mln. kubmetr qaz nəql edir. 

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın Qaz ixrac idarəsinin rəisinin birinci müavini Nazim Səmədzadə bildirib.
 
Onun sözlərinə görə, ötən il daxili imkanlar hesabına Hacıqabul-Qazax-Qardabani qaz kəmərində müəyyən təmir işləri aparılıb: "Kəmərin gündəlik ötürücülük gücünü 10 milyon kubmetrə çatdırdıq. Beləliklə, bu kəmərlə 3 mln. kubmetr əlavə qaz nəql etmək imkanımız yaranıb".
 
N.Səmədzadə qeyd edib ki, Azərbaycan İrandan gündəlik 8 mln. kubmetr qaz qəbul edir.