Xəbər verdiyimiz kimi, aprelin 17-də prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirildi. Ölkə başçısı post neft dövründə Azərbaycanın atacağı addımları, sahibkarların üzərinə düşən məsuliyyəti, əsas hədəfləri dilə gətirərək bu istiqamətdə mühüm tapşırıqlar verdi.

Prezident xüsusən ixrac yönümlü məhsulların istehsalının artırılmasına toxundu. Bu barədə sahibkarlara tövsiyyələr verdi.

Mia.az xəbər verir ki, Dövlət rəhbərinin regionda keçirdiyi müşavirə ilə bağlı unikal.org-a şərh edən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, post-neft dövründə prezident tərəfindən keçirilən bu cür görüşlər mühüm əhəmiiyyət kəsb edir: 

"Ölkə başçısı tərəfindən qeyri neft sektorunun inkişafı ilə bağlı xüsusu qərarlar qəbul olunub və strateji proqramlar hazırlanıb. Bu gün neftin qiyməti o qədər də yüksək olmaldığı üçün, neft hazılatındakı problemlərdən dolayı Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir. İxrac yönümlü məhsullara çox böyük diqqət yetirilir. Prezident müşavirədə fındığın, pomidorun, pambığın və digər strateji məshulların ixracından əldə olunan gəlirləri açıqladı, son günlər milli Azərbaycan brendinin dünyada tanınması, onun təşviqi və.s. məsələlərə toxundu. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycanda ixrac yönümlü məhsulların istehsalı üçün lazımi imkan və şərait var. Bu istiqamətdə müəyyən qanunlar qəbul edilib, prezident tərəfindən fərmanlar verilib. Ümumilikdə belə müşavirələrin mütəmmadi keçirilməsi olduqca böyük əhəmiyyət daşıyır”.

Millət vəkili sahibkarlardan birinin prezident köməkçisinə bank sektoru ilə bağlı müraciətinə də toxunub. V.Əhmədov qeyd edib ki, problemli kreditlərlə bağlı qərar gec-tez verilməlidir: 

"Müşavirədə sahibkarlardan birinin banklarla bağlı prezident kömkçisinə müraciət etməsi məsələsi vurğulandı. Ümumiyyətlə, problemli, dollarla verilən kreditlərlə bağlı qərar gec-tez verilməlidir. Çünki cənab prezidentin dediyi kimi, biz bank sistemini sağlamlaşdırıb normal işləməsini təmin etmək, sahibkarlarla banklar arasında normal müqavilə münasibətlərinin olmasını istəyiriksə, dollarla verilən kreditlərin qaytarılmasında əhali arasındakı problemi nəzərə alıb müəyyən qərarlar qəbul edilməlidir. Biz bunu gözləyirik. Çünki bu istiqamətdə xüsusi təkliflərimiz var”.