Sabah Dillər Universitetində ?Məzun Günü? keçiriləcək
ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, iyulun 1-də Azərbaycan Dillər Universitetində (ADU) ?Məzun Günü? keçiriləcək. Tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun açılış nitqi ilə çıxışı nəzərdə tutulur. ?Məzun günü?-ndə universiteti fərqlənmə ilə bitirmiş tələbələrə diplomlar veriləcəyi gözlənilir. Tədbirin sonunda tanınmış və populyar incəsənət nümayəndələrinin iştirakı ilə konsert keçiriləcək.
Qeyd edək ki, 2009-2010-cu tədris ilində ADU-nu 1034 nəfər tələbə bitirir. Onlardan 910 nəfəri bakalavr, digərləri isə magistratura təhsil pilləsini başa vurur.
Tədbir iyulun 1-i saat 16:30-da Azərbaycan Dillər Universitetinin (ADU) əsas binasının akt zalında keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15