Bu gün "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti yığıncağı keçirilib.

Bankdan verilən məlumata görə, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

-Bankın Nizamnaməsi yeni redaksiyada təsdiq edilib;

-"Səhmdarların ümumi yığıncağının çağrılması və keçirilməsi Qaydaları"ı təsdiq edilib;

-"Hesablama Komissiyası haqqında Əsasnamə" təsdiq edilib;

-Müşahidə Şurasının Əsasnaməsinə əlavə və dəyişikliklər edilib;

-2016-cı ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilib;

-2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividendlərin ödənilməsi barədə qərar qəbul edilib.

-PAŞA Holdinqin Biznes qrupu üzrə direktoru və holdinqin icraçı direktorunun müavini Fərid Məmmədov Müşahidə Şurasının üzvü təyin edilib.