QHT-lərə Dövlət Dəstəyi Şurası yeni qrant müsabiqəsi elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu gün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2010-cu il üçün növbəti qrant müsabiqəsi elan edib. Şura müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şuradan bildirlib ki, ilk növbədə ?Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası?na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcək:
Mövzular 1 layihənin maksimum dəyəri-Müsabiqənin ümumi fondu
1 Demokratikləşmə prosesinin dərinləşməsinə dair təşəbbüslər 7.000,0 - 15.000,0
2 Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması 8.000,0 - 40.000,0
3 Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiəsi 7.000,0 - 15.000,0
4 Virtual məkanda Azərbaycan həqiqətləri ilə bağlı elektron resursların mövcud vəziyyətinin öyrənilməsi və müvafiq hesabatların hazırlanması 5.000,0 - 10.000,0
5 Beynəlxalq təşkilatlar və xarici QHT-lərlə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində təşəbbüslər 7.000,0 - 15.000,0
6 Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər 7.000,0 - 15.000,0
7 Təhsilin keyfiyyətinin artırılmasına dair təşəbbüslər 6.000,0 - 15.000,0
8 Mədəniyyətə dair təşəbbüslər 6.000,0 - 15.000,0
9 Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial problemlərinin
həllinə dəstək 7.000,0 - 15.000,0
10 Sosial xidmətlərin yaxşılaşdırılması sahəsində təşəbbüslərə
dəstək 7.000,0 - 20.000,0
Cəmi 175.000,0
Müsabiqədə siyasi, dini, təhsil üçün təqaüdlər sahələri dəstəklənmir.
Ərizələr 25 iyun tarixindən 23 iyuladək qəbul olunacaq. Ərizə yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir: Əlavə 1, Əlavə 2, Əlavə 3), Azərbaycan dilində çap və elektron variantlarında (diskdə, Times New Roman şriftində) hazırlanmalı və Şuranın Katibliyinə təqdim edilməlidir.
Əlavə 1: Ərizə forması
Əlavə 2: Layihə təklifi forması
Əlavə 3: Layihənin büdcəsinin hazırlanmasına dair təlimat
Müsabiqənin nəticələri 2010-cu ilin sentyabrın 1-dən sonra elan olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20