Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.
AMB-dən mia.az-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7565 səviyyəsində formalaşıb.
Xatırladaq ki, bundan əvvəlki hərracda dolların məzənnəsi 1,7548 olub.
Bu dəfə də hərraca Dövlət Neft Fondu 35 milyon dollar çıxarıb.