"Son illərdə Fransada, Yunanıstanda, Polşada, Macarıstanda, Cənubi Koreyada hökumətlər təqaüd yaşını qaldırmaq istədilər. Camaat küçələrə çıxdı, buna etiraz etdi".
Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli irəli sürüb.
Onun sözlərinə görə. nornal sistemi olan ölkələrdə vətəndaşların Təqaüd Fondu seçmək imkanları var, qanunlar və həmkarlar təşkilatları onları qoruyur, çox zaman təqaüdə çıxanda hər ay maaşları qədər, bəzən ondan da çox pul alırlar. Məhz buna görə hava alanları xoşbəxt avropalı, yapon, koreyalı təqaüdçülərlə doludur - ömrlərinin sonunda aldığı təqaüdlə dünyanı gəzib-dolaşırlar.
"Bizim ölkəmizdə 900 minə yaxın insan büdcədən maaş alır, onların əksəriyyəti təqaüd yaşının artmasına çox sevinir. Çünki, təqaüdlə dolanmaq olmur, əksəriyyətin maaşdan əlavə "çax-çuxları" da olur. Ölkədə qanunlar işləmir, özəl təqaüd fondları yox, rəqabət yox, həmkarlar yox - təqaüdlər də qəpik-quruş, vətəndaşlar məhz buna görə təqaüdə çıxmaq istəmirlər. Sistem o qədər zaydı ki, bizdə hər şey sivil dünyaya nisbətən tərsinədir. Məhz buna görə bütün dünyada təqaüd yaşının artırılması etirazla, bizdə sevinclə qarşılanır", - deyə N.Cəfərli bildirib.
Mia.az