"Kapital Bank" rəhbərliyində yeni təyinatlar olub.
Mia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Həmçinin Nahid Zeynalov "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı təyin edilib.
Qeyd edək ki, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov PAŞA Holding-in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirir.