Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiylar Nazirliyi birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyi yaradılıb.

Maraqlıdır, bu yenilik vətəndaşlara götərilən xidmətin yüksəlməsinə səbəb olacaqmı? Nazirliklərin biləşdirilməsi dövlət xərclərini azaltmağa, büdcə vəsaitlərinə qənaət etməyə imkan verəcəkmi?

İqtisadçı Samir Əliyev bu yeniliyə normal yanaşdığını vurğuladı: "Təbii ki, son yenilik bəzi suallara səbəb olub. Bu dəyişikliyin nə ilə nəticələnəcəyi, xidmət səviyyəsini nə dərəcədə yüksəldəcəyi maraq doğurmaqdadır. Hesab edirəm ki, bu yenilik idarəetmənin çevikliyini artırmağa xidmət etməlidir. Mən sözügedən nazirliklərin birləşdirilməsini normal qəbul edirəm. Bu, ilk belə hal deyil. Dünyanın bir sıra ölkələrində - Ukraynada, Finlandiyada, Norveçdə, İtaliyada, qonşu Türkiyədə bu nazirliklər birləşdirilib. Rabitə və nəqliyyat bir-biri ilə müəyyən formada bağlı olduğu üçün onların birləşdirilməsi təcrübəsi var. Bu, idarəetmənin təkmilləşdirilməsi baxımından bir istiqamətdir. Lakin bu istiqamətin necə işləyəcəyini zaman göstərəcək.

Bu, büdcə xərclərinin azaldılması baxımından gözlənilən addım idi. Biz dəfələrlə demişdik ki, hökumət hansısa ixtisarlara gedəcək. Hesab edirəm ki, iki nazirliyin birləşdirilməsi olayı sonuncu deyil. Yəqin ki, bu istiqamətdə digər addımlar da atılacaq”(moderator).