"Təqaüd və maaşlar hesablara oturub, yenə bankomatların qarşısında böyük növbələr yaranıb. Hamı kartda olan pulunu nəğdləşdirməyə çalışır, həmin nəğd pulla da dükandan ərzaq, aprekdən dərman alacaqlar". 

Mia.az xəbər verir ki, bi fikirləri iqtisadçı ekspert Natiq Cəfərli irəli sürüb. O bildirib ki, heç kim pulunu kartda saxlayıb nəğdsiz alış-veriş etmək istəmir. Onun sözlərinə görə, ölkədə ticarət dövriyyəsinin 95%-ə yaxını nəğd aparılır. Bu da ticarət dövriyyəsinin şəffaflığına mənfi təsir göstərir.:

"Hökumət isə sovet prinsiplərinə sadiq qalaraq bu məsələ ilə də əmrlə, göstərişlə, hədə-qorxuilə mübarizə aparmaq istəyir. Əslində isə stimullaşdırıcı və təşviqedici addımlar atmaq lazımdır. Məsələn: Hər bir kartla ödəniş zamana verilən kassa çeki avtomatik olaraq loteriya biletinə çevrilir, əhali özü kartla ödənişə maraqlı olur, çekləri yığır, ayda 2 dəfə çoxlu sayda qiymərli hədiyyələr və pul vəsaiti uduşa çıxarılır, hər dəfə, azı, 10 min nəfər vətəndaş nəsə udur - vəssalam. Bundan sonra vətəndaşlar özləri kartla ödəniş etməkdə israrlı olacaqlar, çünki biz cəmiyyət olaraq ən çox bəxtə güvənirik, bu tipli oyunlara meyilliyik.
Qalstuklu müəllimlər hələ də insanların maraqlarını deyil də, özlərini idarə etməyə çalışırlar, hələ də tək "qamçıdan" istifadə edirlər, "kökə" verməyi bacarmırlar".