Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti "ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
ASAN-dan verilən məlumata görə, yanvarın 26-dan Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən "Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti” üçün bütün "ASAN xidmət” mərkəzlərinə (Masallı regional "ASAN xidmət” mərkəzi istisna olmaqla) müraciət edilə bilər.