Bu il neftin orta qiyməti 50-60 dollar arasında dəyişəcək.
Axar.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
"Qiymətin artım tepmi dayanmayıb. Vəziyyətə ümumu nəzər yetirdikdə isə deyə bilərəm ki, bu il qiymət 50-60 dollar arasında dəyişəcək”, - nazir qeyd edib.
Nazir bildirib ki, qiymət əsasən tələb və təklifdən asılı olacaq.