"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Yığıncaqda Aqşin Əmirov İdarə Heyətinə sədr müavini vəzifəsinə təyin olunub. A. Əmirov bundan öncə "Bank Respublika" ASC-də analoji vəzifəni tutub.
Onu da qeyd edək ki, yığıncaqda bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.