?Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası? Beynəlxalq Sərgisi açılacaq
Sabah Azərbaycanın paytaxtı Bakı şəhərində 17-ci ?Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası? Beynəlxalq Sərgisi açılacaq. Sizi Xəzər regionunun neft sektorunun ən böyük hadisəsinə dəvət edirik. Sərgi ənənəvi olaraq, bütün dünyanın neft sənayesi liderlərini öz meydançasında bir araya gətirir.
17-ci ?Xəzər Neft və Qaz? sərgisində dünyanın 26 ölkəsindən 280 şirkətlər iştirak
edir. İştirakçılar arasında Böyük Britaniya, BƏƏ, İtaliya və Rusiyanın milli
qrupları da var. Bu il ilk dəfə olaraq, sərgidə Birləşmiş Ərəb Əmirliklərinin milli
stendi də iştirak edəcək. Sərgi sahəsinin 40 faizdən çox hissəsi dünya miqyasında
tanınmış görkəmli şirkətləri təşkil edir. Bu şirkətlərin əksəriyyəti ?Caspian Oil
and Gas 2010? sərgisinin daimi iştirakçıları sayılır. Onların arasında BP, Inpex
Corporation, OMV Gas&Power GmbH, Petkim Petrokimya Holding A.S., RWE DEA AG, Saipem,
Schlumberger, Statoil, Total, Weatherford və bir çox digər şirkətlərin adları var.
Bu il ilk dəfə olaraq, külək dəyirmanları, günəş batareyaları və s. müxtəlif ekoloji
layihələri əhatə edən alternativ enerji sektoru sərginin xüsusi mövzusuna
çevriləcəkdir. Təqdim olunan ekspozisiyalar üzrə bir çox sahələri əhatə edən və
çoxtərəfli olan sərgi öz ziyarətçilərini yataqların hazırlanması və işlənməsi,
dünyanın aparıcı istehsalçılarının qazma avadanlıqları və texnikalarının
çatdırılması, neft və qazın nəqli, saxlanılması və emalı, habelə bir çox müxtəlif
sahələrdə fəaliyyət göstərən şirkət və dövlət müəssisələri ilə tanış edəcək.
Regionun ən nüfuzlu sərgisi ilk dəfə olaraq, fəalİyyətİnə yenicə başlayan Bakı Ekspo Mərkəzİndə keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20