Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

Mia.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərrac 1 ABŞ dolları üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb.

Mia.az bildirir ki, bu artım dolların rəsmi məzənnəsinin də qalxacağına əsas verəcək.

Onu da qeyd edək ki, bu göstərici dollar/manat münasibətlərində rekord bahalaşma deməkdir.