"Tarif Şurasının bu günkü iclasında təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Bu o deməkdir ki, normadan artıq qaz istehlak edənlərin illik xərci 4 manat, elektrik enerjisi istehlak edənlərin aylıq xərci 2 manat azalacaq”.

Mia.az bildirir ki, bu sözləri tanınmış iqtisadçı Qubad İbadoğlu yeni dəyişikliyi şərh edərkən yazıb.  

O xatırladıb ki, Tarif Şurasının əvvəlki qərarını şərh edərkən minimal normanın düşgün müəyyənləşdirilmədiyini qeyd edib: "Hələ o zaman təklif etmişdim ki, elektrik enerjisi üçün minimal norma 300 kilovat-saatdan başlamalıdır. Yeri gəlmişkən müqayisə üçün onu da qeyd edim ki, Gürcüstanda da bahalı tarif 300 kilovat-saatdan səviyyəsindən başlayır, Qırğızıstanda isə aşağı tarifin minimum norması 700 kilovat-saatdır”.

Q. İbadioğlunun sözlərinə görə, Tarif Şurasının qərarına korrektə etməsi onu göstərir ki, qaz və elektrik enerjisi üçün differensiallaşma normaları dəyişsə də qiymətlərin sabit saxlanılması digər enerji bazarında da tarifləri artırılacaq.