Azərbaycanda qoz və fındığın qiyməti iki dəfə bahalaşıb.

Bazarlarda 4-5 manata satılan qoz və fındığın qiyməti hazırda 8-10 manat arasında dəyişir.

Ən böyük qiymət artımı isə yerli məhsullarda baş verib. Hazırda Ukrayna qozunun topdan satış qiyməti 6 manta, Qəbələ qozu isə 8 manata satılır.


QOZ VƏ FINDIĞIN TOPDAN SATIŞ QİYMƏTLƏRİ


Ukrayna qozu 5-6 manat


Qəbələ qozu 6-8 manat


Qusar qozu 6.30


Ordubad qozu 7 manat


Zaqatala qozu 6-7 manat


Balakən qozu 6-7 manat


Quba fındığı 6 manat


Qəbələ fındığı 7- 8 manat


Bazarlarda hazırda yaxşı qozun qiyməti 9-10 manat arası dəyişir. İçi nisbətən çürük, gec qırılan qozun qiyməti 6-8 manat arası dəyişir.


Eyni zamanda yaxşı fındığın da qiyməti 7-10 manat arası dəyişir.

Unikal.org