"Bakıda yeni evlər bazarında noyabr ayında dollar ekvivalentində qiymətlər oktyabr ayı ilə müqayisədə 4,96 faiz artıb”.
Mia.az xəbər verir ki, bunu trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. O qeyd edib ki, ilin əvvəlindən isə qiymətlər 14,77 faiz azalıb.
N.İbrahimov həmçinin vurğulayıb ki, torpaq və kirayə bazarında qiymətlər artıb: "Bir ay ərzində torpaq satış qiyməti dollar ekvivalentində 1,8 faiz artıb, ilin əvvəlindən isə 28,85 faiz azalıb. Ev kirayəsində isə bir ay ərzində qiymətlərdə 0,68 artım olub, ilin əvvəlindən isə 26,04 faiz azalıb".