"Mərkəzi Bankın analitik balansı mövzusunu bilməyən, bunu təhlil və istinad etməyi bacarmayan iqtisadçıların manatın məzənnəsini şərh etməyə mənəvi haqqı yoxdur".
Mia.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qulu İbrahimli deyib.
Onun sözlərinə görə, FED-in qərarının manata təsiri cüzi olar:
"Bizdə məgər qiymətli kağızlar bazarı var ki, ölkədən kapital axını da olsun?! Boş-boş danışırlar. Fed dərəcəsi 0,50-0,75%-dir, yəni heç 1% də etmir. Bizdə Mərkəzi Bankın uçot dərəcəsi 15%-dir. Bu məntiqlə bizə kapital gəlməlidir.
Əsas problem Beynəlxalq Bank məsələsidir".
Mia.az