BAMF Dağlıq Qarabağda keçirilən ?seçki?dən narahatdır
Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2010-cu il
mayın 23-də separatçı rejimin ?seçki? keçirməsi Beynəlxalq Avrasiya Mətbuat Fondunun
(BAMF) rəhbərliyini narahat edib.
Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlunun mətbuat üçün yayılan açıqlamasında deyilir: ?Beynəlxalq Avrasiya Mətbuat Fondu mayın 23-də Dağlıq Qarabağda separatçı rejim tərəfindən ?seçki? keçirilməsindən narahatdır. Belə bir həssas məqamda separatçı rejim
tərəfindən ?seçki? oyunun ortaya atılması bir daha onu göstərir ki, Ermənistan
bu problemin dinc yolla həllində maraqlı deyil. Bu səbəbdən də ermənilər hər
dəfə danışıqların real müzakirəsi ərəfəsində ortaya nəysə bir bəhanə və
yaxud ?seçki? oyununu atır. Dağlıq Qarabağ probleminin həlli istiqamətində
aparılan danışıqların, görüşlərin intensivləşdiyi bir vaxta işğalçı rejimin
belə bir addım atması dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə
pislənməlidir?.
BAMF sədri problemin bu həddə gəlib çıxmasında dünya dövlətlərini və
beynəlxalq gücləri də qınayıb. O bunun səbəbini beynəlxalq güclərin hələ də
Ermənistana öz yerini lazımı şəkildə göstərməməsində görür. BMT-nin 4
qətnaməsini xatırladan U.Rəhimoğlu Ermənistanın və separatçı rejimin bu
qətnamələrə məhəl qoymamalarına elə bu beynəlxalq nüfuzlu qurumun və digər
dünya ictimaiyyətinin biganə qalmasını işğalçı dövlətin belə hərəkət etməyə
rəvac verdiyini deyir: ?İstər BMT, istərsə də digər nüfuzlu beynəlxalq
güclər tərəfindən hər hansı ciddi sanksiyalarla üzləşməyən Ermənistan və
separatçı rejim özünü daha arxayın aparır, özünün işğalçılıq siyasətini
davam etdirir. Bu da Dağlıq Qarabağ probleminin həllinə mane olan əsas
faktorlardandır.?
Açıqlamada U.Rəhimoğlu dünyanın aparıcı dövlətlərini və beynəlxalq gücləri
bu ?seçkini? pisləməyə, Ermənistana və separatçı rejimə qarşı ciddi
sanksiyalar tətbiq etməyə çaqırır: ?Bildiyiniz kimi, Azərbaycan
torpaqlarının işğalı nəticəsində bir milyona yaxın vətəndaşlarımız uzun
illərdir ki, ağır şəkildə məcburi köçkün və qaçqın həyatı yaşamaqdadır.
Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq qurumlar, nəhayət, həqiqəti
anlamalı və Cənubi Qafqazda demokratiyanın, insan haqlarının qorunmasında ən
böyük mane olan Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana və
separatçı rejimə qarşı sanksiyalar tətbiq etmək üçün konkret addımlar
atmalıdır.?
U.Rəhimoğlu yalnız bu təqdirdə Ermənistanın iyrənc siyasi oyunlara son
qoyacağı və Azərbaycan torpaqlarını işğaldan azad edəcəyi qənaətindədir.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20