"Mərkəzi Bankın xarici valyuta öhdəliklərinə bağlı investisiya layihələri və xarici borcların qaytarılması üçün valyuta bazarından kənarda vəsait axtarmasının səbəbi odur ki, 2017-2018-ci illər hökumətin özünün və dövlət sektoruna aid şirkətlərin kifayət qədər böyük həcmdə valyutaya ehtuyac var".
Mia.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, 2016-cı ildə büdcədən dövlət borclarının qaytarılması üçün nəzərdə tutulan vəsaitin 85%-i xarici borc ödənişləri ilə əlaqəli idi, amma 2017-ci ildə büdcənin borca xidmət xərclərindən 96%-i xarici borcların qaytarılması ilə bağlıdır:
"2017-ci ildə dövlət büdcəsindən xarici borcların qaytarılmasına təxminən 1 mlrd. USD ayrılmalıdır.
Məlumat üçün deyim ki, bu ölkənin səhiyyə büdcəsindən 2.1 dəfə çoxdur.
Əlavə olaraq, SOCAR-ın 2017-ci ildə 600 mln. USD-yə yaxın xarici borc qaytarmaq öhdəliyi var. Yeri gəlmişkən, yəqin dünyada öz büdcəsinin təxminən 10%-ni borcun qaytarılmasına xərcləyən ölkələr axtaranız, belə nümunələrlə çox az qarşılaşarsınız və onlardan biri də biz olarıq.
Nəhayət, 2018-ci ildə yekunlaşmalı olan TANAP-da Azərbaycanın öhdəliyi 8 mlrd. USD-yə yaxın qiymətlənidirilir. 2015-2016-da dövlət büdcəsi və Neft Fondu vasitəsilə bu öhdəliyin 2 mlrd. USD-yə yaxını artıq maliyyələşdirilib. Bu günlərdə Asiya İnkişaf Bankı layihə üçün 1 mlrd. USD kredit xətti açdı. 2017-ci ildə dövlət büdcəsi və Neft Fondu vasitəsilə təxminən 600 mln. USD-də ayrılacaq. Yenə də yaxın 2 il üçün ən azı 4-4.5 mlrd. USD-yə ehtiyac var. Bu isə orta hesabla 2017-2018-ci illər üçün ildə TANAP üçün ən azı 2-2.5 mlrd. USD valyuta vəsaiti tapılmasına ehtiyacın olduğunu göstərir.
Bankların və qeyri-maliyyə şirkətlərinin dövlət zəamnəti ilə alınmayan, qaytarılmalı olan borc öhdəliklərini nəzərə alanda, qarşıdakı dövr üçün Mərkəzi Bankın narahatlığını anlamaq olar.
Heyf ki, ölkənin beyblxalq investisiya mövqeyinə dair məlumatlar açıqlanmır, o halda ölkənin xarici aktivləri və öhdəliklərinin nisbətini aydın görmək, yaxın dövrü daha rahatlıqla proqnozlaşdırmaq olardı.
Amma bu məlumatı açıqlamaq öhdəliyi olan Mərkəzi Bank durumu "qara qutu"da idarə etməkdə maraqlıdır...".
Mia.az