Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, maraqlıdır ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb, manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar:
"İnanmaq istərdim ki, banklar dollarları süvener kimi saxlamırlar. Çünki əslində, süvener kimi saxlasaydılar, o zaman "qara bazar”da da dollar qıtlığı olardı.
Mərkəzi Bank deyir ki, banklar "qara bazar”a dollar vermilər. Belə anlaşılmırmı, "qara bazar” artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, "qara bazarımızın” hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır".
Ekspert deyir ki, nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası "Qara bazar"a pulun haradan və necə daxil olmasını araşdırmır:
"Və yaxud araşdırıb, müəyyənləşdirsələr də, real addımlar atmaq istəmir. Amma nə qədər ki, "qara bazar” fəaliyyətini genişləndirəcək, o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək".
Mia.az