Hökumətin məcburi köçkünlərin kommunal xərcləri üçün ayrılan vəsaitlərin azaldılacağı planlaşdırılır.

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert irəli sürüb. O bildirib ki, 2017-ci ildə qaçqın və məcburi köçkünlərin elektrik enerjisindən güzəştli istifadə üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcminin 2 dəfəyədək azaldılması nəzərdə tutulur: "Belə ki, 2016-c ildə bu rəqəm 55.4 mln. manat nəzərdə tutulmuşdu. 2017-ci ilin büdcə sənədində 29.2 mln. manata endirilib.
İki variant var: ya güzəştlərin həcminə yenidən baxəlacaq. Ya da ikinci variantı da yəqin büdcə müzakirlərinin gedişində öyrənmək mümkün olacaq - əgər başqa variantlar varsa".