"Neft qiyməti aşağı düşsə də, Azərbaycanda hələ də neft hasil edilir və Azərbaycan yenə də neft gəlirləri əldə edəcək”.

Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurumun neft-qaz satışından gəliri 120 mlrd. dollar olub: "Yaxın 15-20 il ərzində isə Fonda bu sahədən daha 100 mlrd. dollar daxil olacağını gözləyirik”.
report