QHT Şurası Dağlıq Qarabağ münaqizəsilə bağlı təbliğat məsələlərini müzakirə edəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərinə həsr olunmuş dəyirmi masa keçirir.
MİA-nın xəbərinə görə, ekspertlər səviyyəsində keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Şuranın və qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi tədbirlər, bu yöndə işlərin cari vəziyyəti və perspektiv fəaliyyət imkanları müzakirə ediləcək.
Dəyirmi masa 18 may 2010-cu il saat 15.00-da Şuranın ofisində keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15