Somalinin paytaxtında jurnalist silahlı zəxslər tərəfindən qətlə yetirilib
Somalinin ?Radio Moqadişu? radiostansiyasında çalışan jurnalist Şeyx Nur Məhəmməd Abkey Moqadişida silahlı şəxslər tərəfindən qətlə yetirilib. Bu barədə məlumatı Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) istinadən BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu verib.
Onun sözlərinə görə, Abkey səhər Moqadişidəki Bakara bazarına gedərkən silahlı şəxslər
tərəfindən oğurlanıb. Jurnalisti oğurlayan şəxslər ?Radio Moqadişu?nun baş
redaktoru Məhəmməd Olad Hassana zəng edib Abkeyin onların əlində olduğunu və
onu öldürməyi planlaşdırdıqlarını deyiblər. Günəşin batması ərəfəsində
redaktora zəng edib jurnalistin öldürüldüyünü bildiriblər.
Bununla bağlı Somali Jurnalistlərinin Milli İttifaqının bəyanatı yayılıb.
Bəyanatda 52 yaşlı Abkeyin dövlətin nəzarətində olan və ?Əl Şəbəb? və
?Hizbul İslam? qiyamçı qruplarını kəskin tənqid edən ?Radio Moqadişu?da
işlədiyinə görə islamçı qiyamçılar tərəfindən qətlə yetirilməsinin güman
olunduğu bildirilir.
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Devid Dədc deyib: ?Biz Şeyx
Nur Məhəmməd Abkeyin qəddarcasına qətlə yetirilməsini pisləyirik. Bu qətl
ilk növbədə insan həyatının, eyni zamanda isə təcrübəli jurnalistlərə indi
daha çox ehtiyacı olan ölkədə təcrübəli bir jurnalistin vəhşicəsinə məhv
edilməsidir. BMİ bu konfliktdə bütün tərəfləri bütün kütləvi informasiya
vasitələrindən olan jurnalistlərə hücum etməyi və onları qətlə yetirməyi
dayandırmağa və sülhün yaradılmasında onların işinin əhəmiyyətinə hörmət
etməyə çağırır?.
Qeyd edək ki, Abkey bu il Somalidə qətlə yetirilən ilk jurnalistdir. Keçən
il isə müharibədən əziyyət çəkən bu Qərbi Afrika ölkəsində 9 jurnalist qətlə
yetirilib.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20