ATƏT Eynulla Fətullayevlə bağlı bəyanat yayıb
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Mijatoviç Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinin qərarına riayət etməyə, jurnalist Eynulla Fətullayevi həbsdən azad etməyə çağırıb: ?Biz həmişə tələb etmişdik ki, Eynulla Fətullayevin işinə iki əsas hüquq baxımından - media azadlığı və ədalətli mühakimə hüququ baxımından yanaşsınlar. İndi Avropa İnsan Haqları Məhkəməsi həbs edilmiş jurnalistin xeyrinə qərar çıxarıb və bunun yalnız bir nəticəsi ola bilər ? dərhal azadlığa buraxılmaq?.
Aprelin 22-də Avropa Məhkəməsi Eynulla Fətullayevin işilə bağlı qərar verib. Məhkəmə jurnalistin işində İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 10-cu və 6-cı maddələrinin pozulduğu qənaətinə gəlib. Azərbaycan bu Konvensiyanı 2003-ci ildə təsdiq edib.
?Realnı Azərbaycan? və ?Gündəlik Azərbaycan? qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ilk dəfə 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etmək ittihamıyla 2 il 6 aylığa həbs olunub. Daha sonra vergidən yayınma və terrorçuluğu qızışdırma ittihamlarıyla onun cəzası 8 il 6 aya çatdırılıb. Hazırda Eynullanın daha bir məhkəməsi gedir. O, həbsdə qanunsuz olaraq narkotik maddə saxlamaqda ittiham olunur. Jurnalist və hüquq-müdafiə təşkilatları məqsədin onun həbsdə qalma müddətinin uzadılması olduğunu deyir.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20