Paliqon İnformasiya Agentliyinin (pia.az) saytına xarker hücumu olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə PİA-nın rəhbəri Şahin Ağabəyli məlumat verib. Şahin Ağabəylinin sözlərinə görə, bu gün sayta əvvəlcə virus göndərilib. Virusu təmizləmək istəsələr də, sonra sayt tamamiylə sıradan çıxarlıb. Ş.Ağabəyli onu da qeyd edib ki, məsələni araşdırıb hüquq-mühafizə orqanlarına müracit etmək fikrindədirlər.