Bu gün Azərbaycanda "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 140 760 nəfər təşkil edir. Bu barədə "Facebook Statistics" xidməti məlumat yayıb. İstifadəçilərin 84 420 nəfərini (62%) kişilər təşkil edir. İstifadəçilərin 50% -i 18-24 yaşlı gənclərdir. 25-34 yaşlı istifadəçilərin sayı isə 26% təşkil edir. 15% istifadəçi isə 13-17 yaşlı yeniyetmələrdir. Son 3 ay ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 30 min nəfər artıb.