Umud Rəhimoğlu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təzkilatının Azərbaycandakı nümayəndəsi ilə görüzüb
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Təranə
Bəşirova ilə görüşüb. Görüş BMT-nin İctimai İnformasiya Departamentinin
Azərbaycandakı ofisi tərəfindən təşkil olunub.
Bu barədə məlumat verən U.Rəhimoğlu görüşdə əsas məqsədin BAMF ilə BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının* *Azərbaycandakı nümayəndəliyi
arasında mümkün əməkdaşlıq məsələsini müzakirə edilməsi olduğunu söyləyib.
O, mümkün əməkdaşlıqdan və BAMF-ın fəaliyyəti haqqında danışarkən bunları
deyib: ?Beynəlxalq Avrasiya Mətbuat Fondu uzun illərdir ki, Azərbaycan
regionlarında müxtəlif istiqamətlərdə işlər aparır. Təşkilatımız bu sahədə
böyük iş təcrübəsinə malikdir. BAMF-ın Tərtər, Füzuli və Ağstafada regional
ofisləri var. Yeri gəlmişkən qeyd edim ki, BAMF 1992-ci ildən başlayaraq
icma və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində xeyli işlər görüb.
Azərbaycanın işğal olunmuş və işğaldan azad edilmiş bölgələri ilə həmsərhəd
rayonlarda məskunlaşmış az təminatlı əhali qrupları, mina və partlamamış
hərbi sursatlardan zərərçəkmiş, eləcə də qaçqın və məcburi köçkünlərə
yönəlik xeyli layihələr həyata keçirib. Biz BMT-nin müxtəlif strukturları
ilə əməkdaşlıq etmişik, birgə layihələr həyata keçirmişik. BMT-nin İctimai
İnformasiya Departamentinin Azərbaycandakı ofisi ilə birgə bu il üçün bır
sıra tədbirlər planlaşdırmışıq. Bu yaxınlarda İctimai İnformasiya
Departamentinin Azərbaycandakı ofisinin rəhbəri Envera Selimoviçlə birgə
Tərtər və Yevlax rayonunda görüşlərimiz oldu. Regiona səfər çərçivəsində
Envera xanım T*ərtər rayonunda ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər
Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi
ilə BAMF-ın həyata keçirdiyi ?Azərbaycanın Tərtər regionunda mina
qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlimi mərkəzinin
yaradılması? layihəsi çərçivəsində inşa olunan Tərtər Regional Peşə Təlimi
Mərkəzində oldu. Yəni *BAMF-ın tərcümeyi-halı deməyə əsas verir ki, müzakirə
olunan istiqamətdə də biz uğurlu işlər görə bilərik?.
Müzakirələr zamanı hər iki təşkilatın nümayəndələri Azərbaycanın ucqar
yerlərində icmalar üçün vacib olan müxtəlif proqramlarda BAMF ilə BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin
tərəfdaşlıq edə bilməsi üçün perspektivlər olduğunu xüsusi ilə qeyd ediblər.
Görüşdə BAMF-ın Proqramlar və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri
Nik Nvolisa da iştirak edib.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20