Közə yazarının boğazı kəsilmiz halda cəsədi tapılıb
Keçən həftə oğurlanmış Meksikanın ?Voice of Michoacan? qəzetinin köşə yazarı
Enrike Villikana Palomares qətlə yetirilib. Şənbə günü meksikalı jurnalistin
cəsədi Miçoakan ştatının paytaxtı Moreliyada boğazı kəsilmiş halda tapılıb. Bu
barədə Beynəlxalq Mətbuat İnstitutunun (BMI) Azərbaycan Milli Komitəsinə Beynəlxalq Mətbuat İnstitutundan məlumat verilib.
Jurnalistin qətli ilə bağlı danışarkən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ)
Mətbuat Azadlığı üzrə nümayəndəsi Entoni Millz bunları deyib: ?Biz Enrike
Villikana Palomaresin amansız qətlini pisləyir və Meksikanın aidiyyətli
orqanlarını jurnalistin ölümünün onun peşə fəaliyyəti ilə bağlı
olub-olmamasını təcili olaraq araşdırmağa çağırırıq. Təəssüflər olsun ki,
Meksikada jurnalistlərin qətlləri adi hal alıb və dünya ictimaiyyətinin bu
qətllərə soyuqqanlılıqla yanaşmaq təhlükəsi yaranıb. Buna yol vermək olmaz!
Meksika hökuməti jurnalist qətllərinin bu rüsvayçı epidemiyasına son qoymaq
üçün səlahiyyətində olan bütün imkanlardan istifadə etməlidir?.
Xatırladaq ki, E.Villikana bu il Meksikada qətlə yetirilmiş beşinci
jurnalistdir. Bu jurnalistlərin əksəriyyəti narkotik cinayəti ilə bağlı
xəbərlər hazırlamaları ilə əlaqədar qətlə yetirilib.
Qeyd edək ki, şənbə günü Taylandın paytaxtı Banqkokda hökumət əleyhinə olan
etirazçılarla təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar zamanı ölənlər
arasında da bir jurnalistdə olub. ?Röyters?in Tokio bürosunun əməkdaşı,
milliyətcə yapon olan 43 yaşlı Hiro Muramoto hadisə yerindən Banqkokdakı
zorakılıq barədə informasiya verən zaman naməlum şəxs tərəfindən güllə ilə
qətlə yetirilib.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20