Keçmiz deputat Yusif Bağırzadə AMiP-ə üzv olmaq istəyir
Bu gün sabiq millət vəkili və Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Yusif Bağırzadə AMİP Siyasi Şurasına müraciət ünvanlayıb. AMİP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan müraciətdə deyilir:
?Mən Azərbaycanın yenidən müstəqillik qazanması uğrunda başlanan Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri kimi bu prosesin uğurla sonuclanması üçün əlimdən gələni əsirgəməmişəm. Müstəqilliyimizə nail olduqdan sonra isə uzun illər aktiv siyasətlə məsğul olmuşam. 1995-2000-ci illərdə millət vəkili seçilərək, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının sədr müavini kimi çalışmışam. Parlamentdə fəaliyyətim dövründə ATƏT-in Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlament Assambleyasının üzvü olmuşam. 2003-2006-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Kommissiyasının üzvü olmuşam. Kommissiyanın üzvü kimi, ABŞ, Almaniya, Qırğızıstanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmişəm. Kommissiyada səlahiyyətim bitdikdə, professional hüquqşunas kimi öz sahəmlə məşğul olmuşam.
Bu günkü Azərbaycanda insan hüquqlarını təmin edən vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycanın istifadə olunmayan daxili və xarici potensialının üzə çıxması və faydalı istifadəsi, dünya birliyi arasında Azərbaycanın nüfuzunun artırılması və bunun nəticəsi olaraq ölkənin beynəlxalq problemlərinin həlli üçün şəxsi təcrübəm, potensialım və mənəvi hazırlığımı nəzərə alaraq, peşəkar siyasətə qayıtmağa qərar vermişəm.
Apardığım müşahidələr nəticəsində Azərbaycanda öz dayanıqlı və ardıcıl siyasi xətti ilə seçilən, hər cür intriqalardan uzaqda duran, millətin və xalqın maraqlarını öndə tutan, proseslərə nüfuz etmə gücünə malik, beynəlxalq səviyyədə tanınan siyasi partiya olan ? Azərbaycan Milli İstiqlal Partiyasında siyasi fəaliyyətimi bərpa etmək daha məqsədəmüvafiq olduğu qənaətindəyəm. Ona görə də, ümid edirəm ki, AMİP Siyasi Şurası mənim partiyaya qəbul olunmaq üçün etdiyim müraciətimə müsbət yanaşacaqdır?.
DİGƏR XƏBƏRLƏR
2024-12-23 20:46
2024-12-23 17:36
2024-12-23 17:13
2024-12-23 16:19