BMT-nin Azərbaycandakı nümayəndəliyinin departament rəhbəri Tərtərdə olub
4 aprel - mina təhlükəsinə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar
BMT-nin Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentinin
rəhbəri Envera Selimoviç, sözügedən qurumun nümayəndəsi İqrar Əliyev və
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu Tərtərin
Borsunlu kəndində səfərdə olublar. Yerli əhali və minadan zərərçəkənlərlə
görüşən E.Səlimoviç onların yaşam tərzi ilə maraqlanıb.
U.Rəhimoğlu yerli əhalinin mina təhlükəsi ilə üz-üzə qaldığını bildirərək,
mina təhlükəsizliyi ilə əlaqədar Azərbaycan Ərazilərinin Minalardan
Təmizlənməsi üzrə Milli Agentliyin və BAMF-ın gördüyü işlərdən danışıb.
Qonaqlar kəndin mərkəzi küçələrindən birində Mina Təhlükəsizliyinə dair
maarifləndirmə lövhəsinin yerləşdirilməsi mərasimində də iştirak ediblər.
Əslən Bosniyadan olduğunu, buna görə də mina təhlükəsi probleminin,
qaçqın-köçkün ağrısının ona tanış olduğunu deyən E.Selimoviç Azərbaycanın
dinc sakinlərinin müharibədən qalma mina və partlamamış sursatlardan zərər
çəkməməsi üçün BMT-nin bundan sonra da layihələr həyata keçirəcəyini
bildirib.
Tədbirdə BMT-nin mina təhlükəsizliyi ilə bağlı hazırladığı film nümayiş
olunub, BMT-nin baş katibi Ban Ki Munun 4 aprel - mina təhlükəsinə qarşı
beynəlxalq mübarizə günü ilə bağlı müraciəti oxunub və müraciətin mətni
yerli əhaliyə paylanıb
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20