Türkiyənin tanınmış televiziya kanallarından olan Bengütürk Qarabağla bağlı geniş təbliğat kampaniyasına start verib.
AzNews.az xəbər verir ki, TV-nin əməkdaşları dördgünlük müharibədən sonra Azərbaycan-Ermənistan təmas xəttində olub. Onlar cəbhədə gördüklərini lentə alıb. Bengütürk əməkdaşlarının Qarabağdan hazırladıqları proqram bu gün "Adım:Vatan" verilişində yayımlanacaq. Veriliş Bakı vaxtı ilə 21:50-də efirə gedəcək.
Bundan əlavə TV-nin direktoru Murat İde öz facebook səhifəsində məlumat yayaraq bildirib ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün Twitter-də haştag yaradılıb. Haştag verilişlə eyni saatda aktiv olunacaq. Bu kampaniyaya Pakistan Müdafiə Nazirliyi və bir çox qurumlar qoşulub.
Türkiyəli jurnalistlər cəbhədə - Geniş təbliğat kampaniyasına start verildi
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13
2026-03-06 22:56