Söz Azadlığını Müdafiə Fondu ?Media kataloq?u çap edib
Söz Azadlığını Müdafiə Fondu (SAMF) icrasına başladığı ?Ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin yeni və nəfis tərtibatlı kataloqunun kitab şəklində çapı? layihəsinin reallaşdırılması prosesini başa çatdırıb.
SAMF-dən MİA-ya verilən məlumata görə, üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunan media-kataloqa ictimai həyatda tanınan, ictimai fikrə müəyyən mənada təsir imkanı olan qəzetlərin, jurnalların, elektron və internet-medianın, eləcə də tanınmış jurnalist təşkilatlarının yaranma tarixi, sabiq və indiki rəhbərliyi, strukturu barədə informasiyalar daxildir.
Media-kataloqun ön sözünün müəllifi şair, SAMF sədri Musa Yaqub, redaktoru təşkilatın icraçı direktoru Vüqar Tofiqlidir. Kitab ?Apostrof? Çap Evinin mətbəəsində çap olunub.
SAMF-dan onu da bildiriblər ki, ?Azərbaycan media-kataloqu? adlanan kitab KİV-ə pulsuz paylanılacaq.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20