Martın 5-i Yazdığı tənqidi məqaləyə görə ADNA-dan xaric olunan jurnalist Elmin Bədəlovun məhkəməsidir
Yazdığı tənqidi məqaləyə görə təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından qanunsuz şəkildə xaric olunan jurnalist Elmin Bədəlovun ADNA-dan və rektor Siyavuş Qarayevdən şikayətinə martın 5-i Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Elmin Bədəlovun hüquqlarını müdafiə etmək üçün Media Hüququ İnstitutundan
təmin edilən vəkili Fariz Namazlı bu barədə məlumat verib: ?Artıq məhkəmə
başlamaq üzrədir. Martın 5-i saat 16.00-da Elmin Bədəlovun məhkəməsinin
birinci prosesi olacaq.?
Qeyd edək ki, məhkəmə prosesi hakim İkram Şirinovun sədirliyi altında
keçiriləcək.
Elmin Bədəlov pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün 17 fevralda
Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Jurnalist Azərbaycan Dövlət Neft
Akademiyasını və ali məktəbin rektoru Səyavuş Qarayevi məhkəməyə verib.
Qeyd edək ki, jurnalist Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft
Akademiyasında baş verən rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı
yazdığı yazısına görə akademiyadan xaric edilib.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20