Sabah Rəssamlar İttifaqının üzvü, sənətşünas, prezident təqəyyuducusu Dadaş Məmmədovun ?Xocalı harayı? adlı kitabının təqdimatı keçiriləcək. Müstəqil İnformasiya Agentliyi tədbir Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində baş tutacaq. Kitab rejissor-rəssam Nazim Məmmədovun Xocalı faciəsinin onilliyinə həsr etdiyi əsərlər haqqındadır. 2002-ci ildə rəssam sərgidə nümayiş olunan 40 yaxın əsərini Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə hədiyyə etmişdir. Kitabın təqdimat mərasimində Nazim Məmmədovun Xocalı faciəsinə həsr etdiyi əsərlərin bir qismi sərgilənəcək.