İqtisad Universitetiylə üzbəüz ?Karvan? kafesində baş verən partlayışla əlaqədar çəkiliş aparan jurnalist Zülfüqar Xeyirxəbər kafe sahibi tərəfindən döyülüb. ?Salamnews? informasiya agentliyinin əməkdaşı zərərçəkən qismində izahat vermək üçün Səbail rayon 9-cu polis bölməsinə çağırılıb. ?Əllə, ayaqla zərbələr endiriblər. Sol gözümün altı partlayıb. Hələ heç bir həkim yardımı göstərilməyib mənə?- deyə Z.Xeyirxəbər bildirib. Səbail rayon 9-cu polis bölməsindən AzadlıqRadiosuna bildiriblər ki, jurnalistə hücum edən 2 nəfər də saxlanılıb.