Fevralın 10-da ?Yeni Müsavat? qəzetinin baş redaktorunun müavini Azər Ayxana qarşı məhkəmənin hazırlıq iclası davam etdiriləcək. Jurnalistə qarşı iddianı akademik Cəlal Əliyev qaldırıb. O iddia edir ki, ?Yeni Müsavat? qəzetində yanvarın 5-də dərc olunan ?Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, ?Bakı? mehmanxanası Cəlal Əliyevin imiş? başlıqlı məqalədə ona böhtan atılıb, şərəf və ləyaqəti təhqir olunub. Akademik Azər Ayxanın həbsini istəyir.