15 gün ərzində KiV-in inkizafına Dövlət Dəstəyi Fonduna layihə təqdim edilməyib
Prezident yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yanvarın 19-da fərdi jurnalist yazılarının və KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edib.
Fondun icraçı direktoru Vüqar Səfərli Modern.az-a bildirib ki, müsabiqəinin elan olunmasından 15 gün ötməsinə baxmayaraq heç bir KİV, jurnalist təşkilatı və jurnalist layihə təqdim etməyib: ?Adətən həmişə müsabiqənin vaxtı sona yaxınlaşanda canlanma olur. Yəqin ki, indi layihələrin və yazıların üzərində çalışırlar. Yaxın günlərdə təqdim etməyə başlayarlar?. Layihələrin təqdim edilmə müddəti martın 1-də yekunlaşacaq.
V.Səfərli deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 5-də mətbuat konfransı keçirəcək.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15