Mikloz Harazti: ?Azərbaycanda media azadlığı pisləzib?
?Azərbaycanda media azadlığı ilə bağlı vəziyyət pisləşib. Hüquq-mühafizə orqanlarında jurnalistləri qeyri-jurnalistika ittihamları ilə həbs etmək adəti yaranıb?.
Bunu yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasında keçirdiyi mətbuat konfransında ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bildirib.
AzadlıqRadiosunun Azərbaycanda medianın vəziyyəti ilə bağlı sualını cavablandıran Haraşti deyib ki, çox vaxt jurnalistlərə qarşı irəli sürülən qeyri-junalistika ittihamları saxta olur. O bildirib ki, iki gənc bloqqer xuliqanlıq ittihamı ilə tutulub, halbuki onların insidenti törədən yox, insidentin qurbanı olduğu görünür:
?Mən inanıram ki, prezident İlham Əliyevin elə bir səlahiyyəti və imkanı var ki, hüquq-mühafizə orqanlarına ?dayan? desin, onlara xatırlatsın ki, hüquq-mühafizə orqanlarının vəzifəsi jurnalistləri müdafiə etməkdir, onları çətin vəziyyətə salmaq yox?.
Haraşti Azərbaycanda diffamasiya haqqında, jurnalistlərin yazdığı məqaləyə görə həbs cəzasına məhkum edilməməsi ilə bağlı qanun layihəsinin müzakirə edilməsini alqışlayır:
?Amma bunun üçün heç olmasa əvvəlcə jurnalistlərin qeyri-jurnalistika ittihamları ilə tutulması dayandırılmalıdır?.
Haraşti mətbuat konfransını Avropada medianın vəziyyəti ilə bağlı hesabat hazırlamış AŞPA nümayəndəsi Endrü Makintoşla birgə keçirib.
Cənab Makintoş bildirib ki, Azərbaycanda 2 il qabaq olub: ?O vaxt prezident İlham Əliyevlə görüşdüm. O mənə dedi ki, media ilə bağlı problemləri həll etməyə çalışırlar. Amma ötən müddətdə elə bir dəyişiklik hiss olunmur. Bizim də Azərbaycan hökumətinin qərarlarını dəyişmək səlahiyyətimiz yoxdur?.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20