AYB-də 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuz mükafatlandırma mərasimi keçirilib
Yanvarın 11-də Azərbaycan Yazıçılar Birliyinin ?Natəvan? klubunda 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. ?Bizim Söz? qəzetinin təşəbbüsü və təşkilatçılığı, Yazıçılar Birliyinin dəstəyi ilə baş tutan mərasimdə ədəbiyyat sahəsində göstərdikləri xidmətlərə görə qələm sahibləri, ictimai-siyasi xadimlər, təşkilatlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Müxtəlif nominasiyalar üzrə qalib gələnlərin siyahısı belədir:
?İlin gənc şairi? ? Əvəz Qurbanlı;
?İlin gənc nasiri? ? Zərdüşt Şəfizadə;
?İlin tənqidçisi? ? Əsəd Cahangir;
?Qarabağ mövzusunda yazılmış nəsr əsəri? ? Aqil Abbasın ?Dolu? romanı;
?Qarabağ mövzusunda yazılmış poema? ? Ədalət Əsgəroğlunun ?Dərdimizin qan rəngi?;
"İlin ədəbi saytı? ? www.kultaz.com.
?Ədəbiyyata qayğı göstərən millət vəkili ? ? Qənirə Paşayeva;
?İlin bədii kitabı? ? Qənbər Şəmşiroğlunun ?Tale oxşarlığı? kitabı;
?İlin televiziya filmi? ? Ənvər Seyidov;
?İlin ədəbi qəzeti? ? ?525-ci qəzet?;
?İlin nəşriyyatı? ? ?Azərnəşr?;
?İlin telelayihəsi? ? ANS TV-nin ?Qulp? proqramı;
?İlin tərcümə əsəri? ? Adil Cəmilin ?Manas? dastanının tərcüməsi;
?İlin kitab təbliğatçısı? ? ?Əli və Nino? kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli;
?İlin elmi kitabı? ? Vüsalə Musalının ?Osmanlı təzkirələrində Azərbaycan şairləri?;
?İlin ədəbi qurumu? ? Dünya Gənc Türk Yazarlar Birliyi;
?Gənc yazarların dostu? ? Vaqif Bəhmənli;
?İlin ədəbiyyatşünas alimi? ? Şəhla Tahirqızı;
?AYB-nin ən fəal bölməsi? ? Muğan bölməsi;
?İlin ədəbi məclisi? ? ?Qurbani? məclisi;
?İlin naşiri? ? Elçin İsgəndərzadə;
?İlin ədəbi dərnəyi? ? ?Metafora? dərnəyi.
Qaliblərə diplomları ?Bizim söz? qəzetinin baş redaktoru Ələmdar Cabbarlı təqdim edib.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20