[/left] Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti üzvləri ?Gündəlik Azərbaycan? qəzetinin baş redaktoru Eynulla Fətullayevlə bağlı son durumu müzakirə edib, Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İdarə Heyəti baş redaktorun yenidən qondarma ittihamla ittiham edilərək haqqında cinayət işi başladılması faktından narahat olduğunu bildirib və Azərbaycanda insanların şərlənib həbsə salınması praktikasına son qoyulmasının vaxtı çatdığını hakimiyyətin diqqətinə çatdırıb.