Görkəmli jurnalist və pedaqoq Nəsir imanquliyevdən bəhs edən kitabın təqdimatı keçirilib
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında publisist Rəhilə Gülgünün ?Xəbərin rəngi? kitabının təqdimat mərasimi keçirilib. Kitabda görkəmli jurnalist, pedaqoq Nəsir İmanquliyevin həyat və yaradıcılığı əks olunub.
Tədbiri giriş sözü ilə açan ?525-ci qəzet?in baş redaktoru Rəşad Məcid
kitabın Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə nəşr olunan
?Silinməz izlər? seriyasından ikinci kitab olduğunu bildirib: ?Bu seriyadan
nəşr olunan ?Göylər adamı? kitabı görkəmli yazıçı, pedaqoq Mir Cəlal Paşayev
haqqındadır. ?Xəbərin rəngi? kitabı isə mətbuat tariximizdə böyük rol
oynamış ?Bakı? və ?Baku? qəzetlərinin yaradıcısı və baş redaktoru olmuş
görkəmli jurnalistimiz Nəsir İmanquliyevdən bəhs edir?. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, xalq şairləri Zəlimxan Yaqub, Sabir
Rüstəmxanlı, publisist Əli İldırımoğlu, ?Ülfət ? qəzetinin baş redaktoru
Aqil Dadaşov və jurnalist Zemfira Məhərrəmlinin çıxışlarında Nəsir
İmanquliyevin pedaqoji fəaliyyətindən, onun çağdaş mətbuatımıza örnək ola
bilən meyarlarından söz açılıb.
Tədbirin sonunda çıxış edən kitabın müəllifi Rəhilə Gülgün nəşrin geniş
oxucu auditoriyası üçün nəzərdə tutulduğunu bildirib: ?Kitabda Nəsir
müəllimin xarakterik cizgiləri, onun haqqında müxtəlif məqalələr, həyatının
anlarını əks etdirən fotoşəkillər toplanıb. Hər kəsə hörmətlə yanaşmağı
bacaran və oxucu rəyinə çox böyük diqqət yetirən Nəsir müəllimdən bəhs edən
bu kitabın da rəğbətlə qarşılanacağına inanırıq?.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20