Soros Fondu jurnalist müsabiqəsinin nəticələrini elan etdi
ACİ-YF-nun elan etdiyi jurnalist müsabiqəsində 15 jurnalist konsepsiya mərhələsinin qalibi elan edilib. Seçim 2 meyar əsasında aparılıb: secilmiş mövzuda problemin əsaslandırılması və araşdırma zamanı istifadə ediləcək alət və vasitələrin səmərəliliyi. Dəyərləndirmə hər 2 meyar üzrə 10 ballıq sistemlə aparılıb və daxil olmuş 47 konsepsiyadan yalnız 15-i qalib gəlib.
Qeyd edək ki, qalib gələn konsepsiyalar üzrə maksimal bal 17.3, minimal bal isə 12.8 olub.
Dəyərləndirmə zamanı daxil olmuş konsepsiya müəlliflərinin adları məxfi saxlanılmış, bununla juri üzvləri tərəfindən tam şəffaflıq və ədalətlilik təmin edilməklə seçim edilmişdir.
Qalib gələn jurnalistlərin siyahısı:
Elxan Salahov
Erfan İraclı
Qurban Yaquboğlu
Hicran Həmidova
Cavid Xəlilov
Kamal Əli
Dünya Sakit
Neman Səfərəliyev
Səbinə Vaqifqızı
Səadət Akifqızı
Xalidə Babayeva
Xalid Vahidoğlu
Həbibə Abdulla
Aytən Fərhadova
Fərəh Sabirqızı
Növbəti mərhələdə qalib gəlmiş jurnalistlər təqdim etdikləri konsepsiya üzrə araşdırma aparacaqlar.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20