?Milli Net-2009? müsabiqəsinin 1-ci mərhələsinin baza çatır
04 dekabr 2009-cu il tarixdə Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin başa çatmasına həsr olunan mətbuat konfransı keçiriləcək.Məlum olduğu kimi Milli Net - 2009 ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə AİF tərəfindən təsis olunan peşəkar İnternet mükafatıdır.
Mətbuat Konfransında Milli Net-2009 Müsabiqəsində qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin yekunları haqqında məlumat veriləcək. Müsabiqənin nominantları elan ediləcək.
Mətbuat konfransı 04 dekabr 2009-cu il tarixdə saat 12-də TREND İnformasiya Agentliyinin konfrans zalında keçiriləcək. Müsabiqədə səsvermənin 2-ci mərhələsi və qaliblərin müəyyən edilməsi dekabrın 15-dək başa çatdırılacaq.
Milli İnternet Mükafatının qaliblərinin mükafatlandırılmasından ibarət yekun Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20