BAMF-da layihə idarəçiliyi təlimi keçirilib
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) ?Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyələşdirdiyi layihələrin monitorinqi? layihəsi çərçivəsində ehtiyacı
olan qeyri-hökumət təşkilatlarının nümayəndələrinə layihə idarəçiliyi təlimi keçirilib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təlimi BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kabir aparıb. Treninq iştirakçılarına əvvəlcə layihələrin hazırlanması, sonra isə idarə olunması barədə təlimlər verilib. Eyni zamanda onlara layihələr çərçivəsində
press-relizlərin hazırlanması və mətbuatla səmərəli işləməyin yolları da
izah edilib.
Treninqdə iştirak edən təşkilat nümayəndələri belə təlimlərin səmərəli
olacağını deyiblər.
Treninqdə BAMF-ın və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi? layihəsinin işçi
heyətlərinin nümayəndələri də iştirak ediblər.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15