Parlamentdə jurnalistlərin mənzil məsələsi qaldırıldı
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Aynur Quliyeva jurnalistlərin mənzil problemi məsələsinə toxunub.
Lent.az-ın məlumatına görə, A.Quliyeva jurnalistlərin mənzil kooperativi yaratdığını və onların Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini xatırladıb: ?Lakin onların torpaq sahəsi ayırmaqla bağlı müraciəti cavabsız qalıb. KİV-in inkişafı üçün nəzərdə tutulmuş maliyyə vəsaitini artırmaqla media nümayəndələrinin ev problemini həll etmək olar?.
A.Quliyeva 2010-cu ilin dövlət büdcəsi layihəsində İctimai Televiziya və Radio Yayımları Şirkətinə maddi vəsaitin ayrılması məsələsinə yenidən baxılmasını təklif edib: ?İTV əsl mənada üzümüzü ağ edən telekanaldır. Ona görə də bu şirkətə vəsaitlərin ayrılması məsələsinə yenidən baxılmasını xahiş edirəm?.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15