Leyla Əliyevanın ?Xocalıya ədalət? çağırızı dəstəklənir
Bu gün ?Hyatt-Regency? otelində İKT-nin gəncliyin inkişafında rolu üzrə 1-ci Beynəlxalq və 2-3 noyabr 2009-cu il tarixlərində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Bakı şəhərində ?Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması? mövzusunda konfrans keçirilib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə İslam Konfransı Təşkilatı, Avropa ölkələrindən 100-ə yaxın gənc ekspert, o cümlədən İKT sahəsində ixtisaslaşmış aparıcı şirkət, elmi-tədqiqat institutu, qeyri-hökümət təşkilatlarının nümayəndələri və konfransın beynəlxalq tərəfdaşı ?TurkTelekom? şirkəti iştirak edib.
Konfransda Dialoq və Əməkdaşlıq Uğrunda ? İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən ?Xocalıya ədalət? kampaniyasının təqdimatı da olub.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20