?Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi mexanizmləri?adlı tədqiqat kitabını hazırdır
?Xəzər ? Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı? İctimai Birliyi Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi mexanizmləri?adlı tədqiqat
kitabını artıq nəşr etdirib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, layihənin əsas məqsədi qanunun aliliyini təbliğ etməklə dövlətin hüquqi əsasının möhkəmlənməsinə xidmət etmək, cəmiyyətə hüquqa və qanunlara hörmət edilməsi prinsipini aşılamaq, qanunun aliliyinin nəzəri aspektlərini araşdırmaq və təbiətini üzə çıxaırmaq, müasir şərtlərlə ?qanunun
aliliyi prinsipinin? aktuallığını yaratmaq və onun inkişafına nail olmaqdır.
Qanunun aliliyi təsbit edir ki, dövlət hakimiyyəti yalnız müəyəyn prosedur
qaydalarına uyğun qəbul olunmuş, yazılı və ictimaiyyətə bəlli qanunlarla idarə oluna
bilər və cəmiyyət, müvafiq qurumlar öz fəaliyyətində yalnız qanunu əsas tutur. ?Bu
ideyanın araşdırılması və təbliği yeni müstəqillik qazanmış Azərbaycan cəmiyyətində
qanunçuluğun möhkəmlənməsinə və hüquq elminin inkişafına dəyərli töhfə verəcəyini
düşünürük?-deyə ?Xəzər ? Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı? İctimai
Birliyin sədri hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov bildirib. Sədr
həmçinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının dövlətimizin qanuni əsaslarının möhkəmləndirilməsi yolunda atılan
addımları dəstəkləməsini yüksək qiymətləndirib.
Tədqiqat kitabının nəşrinin aktuallığı müasir elmdə qanunun aliliyi prinsipinə
marağın olması ilə yanaşı onun tam işlənməməsidir. Bu mövzu ilə bağlı məsələlərə
baxılması həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyır.
Kitabın yazılması zamanı təşkilat cəmiyyətdə qanunun aliliyi prinsipinə və insan
hüquqlarına dair bilik səviyyəsini sorğu əsasında öyrənməyə çalışmışdır. Layihə
çərçivəsində təşkilat dövlətdaxili hüquqi sənədlərin və mövzu ilə əlaqəli mövcud
vəziyyəti araşdırılmaqla, yanaşı beynəlxalq əlaqələr də qurulub. Xaricdə
fəaliyyət göstərən tərəfdaş təşkilatların öz ölkələrində qanunun aliliyi və insan
hüquqlarının vəziyyəti ilə bağlı verilən məlumatlardan da istifadə olunub.
Sonda rəsmi dövlət strukturlarının, media və QHT təmsilçilərinin iştiraki ilə
Hesabat Konfransının keçirilməsi də nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20